Ermənistanda koronavirusa yoluxanların sayı 222 670 nəfərə çatdı

DÜNYA 31 may 2021, 11:55
Ermənistanda son sutkada koronavirusa 34 yoluxma qeydə alınıb.

Demokrat.az xəbər verir ki, məlumatı Ermənistan Səhiyyə Nazirliyi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 222 670-ə çatıb. Məlumata görə, ölkədə son sutkada daha 5 nəfər COVID-19-dan ölüb. Bununla da koronavirusdan ölənlərin sayı 4438-ə yüksəlib.

Koronavirusa yoluxan 213 208 pasiyent sağalıb. Hazırda 3 942 aktiv koronavirus xəstəsinin müalicəsi davam etdirilir.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top