İran 30 ildən sonra ilk dəfə ABŞ-a neft ixrac etdi


DÜNYA 29 may 2021, 22:09
1991-ci ilin noyabrından bu yana ilk dəfə mart ayında ABŞ İrandan neft idxal edib. Gündəlik tədarük 33 min barel təşkil edib.

“RİA Novosti”nin məlumatına görə, bu barədə ABŞ Enerji Nazirliyinin (EIA) Enerji İnformasiya İdarəsindən bildirilib.

Son dəfə ABŞ İrandan 1991-ci ilin noyabrında neft idxal edib. Həmin vaxt tədarük həcmi gündə 64 min barel təşkil edib.

Eyni zamanda, 2020-ci ilin oktyabr ayında ABŞ İrandan gündə 36 min barel həcmində neft məhsulları idxal edib.

Bu tədarüklər ən azı 1991-ci ilin dekabrından bəri ilk dəfə həyata keçirilib.

ABŞ Enerji Nazirliyinin Enerji Məlumat İdarəsi 1973-cü ildən bəri olan məlumatları yayımlayıb. Sənəddən məlum olur ki, ABŞ 1973-1979-cu illər arasında mütəmadi olaraq İrandan neft və neft məhsulları idxal edib. Sonra tədarüklər daha az nizamlı olub.(oxu.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top