Azərbaycanda bank sektorundakı son vəziyyət AÇIQLANDI

MALİYYƏ 29 may 2021, 20:12
Bu ilin may ayının əvvəlinə olan sonuncu məlumata görə ölkədə fəaliyyət göstərən bankların sayı 26, bank filiallarının sayı 462, şöbələrinin sayı 102, ATM-lərin sayı isə 2 770 olub. 

Demokrat.az Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, bankların cəmi aktivləri 32 milyard 796,7 milyon manat, cəmi öhdəlikləri isə 28 milyard 65,6 milyon manat olub. 

Bu ilin ilk 4 ayında banklar 194,7 milyon manat xalis mənfəət, 301,6 milyon manat əməliyyat mənfəəti əldə edib. Bankların kredit portfeli apreldə 1,8%  və ya 259,5 milyon manat artaraq 14 milyard 611,8 milyon manata çatıb.

Aprel ayında fiziki şəxslərin əmanətləri 2,6% və ya 207,2 milyon manat artaraq 8 milyard 219,9 milyon  manat olub. 

May ayının əvvəlinə olan məlumata görə dövriyyədə olan ödəniş kartlarının sayı aprel ayında 129 min ədəd artaraq 9 milyon 898 minə çatıb. 

Keçən ilin müvafiq dövrü ilə müqayisədə isə bu göstərici 23% artıb. Ötən ilin müvafiq dövrünə nəzərən əməkhaqqı kartlarının sayı 273 min, sosial kartlar 490 min, kredit kartları 287 min, digər kartlar isə 779 min ədəd artıb. 

2021-ci ilin aprel ayı ərzində kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin həcmi 733 milyon  manat təşkil edib. Həyata keçirilən nağdsız ödənişlərin 380 milyon manatı elektron ticarətin payına düşüb. Qalan məbləğin 311 milyon manatı POS-terminallar, 42 milyon manatı isə ATM-lər vasitəsilə gerçəkləşdirilib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top