Blinken Azərbaycanın Respublika Günü münasibətilə bəyanat yaydı

XARİCİ SİYASƏT 28 may 2021, 11:06
ABŞ hökuməti adından Azərbaycan xalqını Respublika Günü və 1918-ci ildə müsəlman dünyasında ilk demokratik hökumətin qurulması münasibətilə təbrik edirəm.

Demokrat.az xəbər verir ki, ABŞ dövlət katibi Entoni Blinkenin bu barədə bəyanatı departamentin saytında yerləşdirilib.

O qeyd edib ki, ABŞ Azərbaycanla iqtisadi, enerji və təhlükəsizlik sahələrində 30 illik tərəfdaşlığı yüksək qiymətləndirir:

“Azərbaycanın Cənub Qaz Dəhlizi ilə Avropanın enerji şaxələndirilməsinə verdiyi əhəmiyyətli töhfəni alqəşlayırıq.

Amerika Birləşmiş Ştatları minlərlə Azərbaycan və Amerika vətəndaşları arasında şəxsi mübadilə və səfirliklərimizin ictimaiyyətlə əlaqələri yolu ilə qurduğu əlaqələri də yüksək qiymətləndirir”.(oxu.az)

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top