Naxçıvan Qarnizonu Qoşunlarında növbəti komandir hazırlığı məşğələsi keçirildi — VİDEO

SİYASƏT 26 may 2021, 23:27
Naxçıvan Qarnizonu Qoşunlarında hərbi hissə komandirləri və müavinləri ilə növbəti komandir hazırlığı məşğələsi keçirilib.

Demokrat.az
-ın xəbərinə görə, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

O bildirib ki, komandir hazırlığında bölmələrdə “Günün nizam qaydaları”na uyğun tədbirlərin icra olunması üzrə keçirilən məşğələdə şəxsi heyət qarşıya qoyulan tapşırıqları icra edib.
Məşğələ zamanı “Vətən müharibəsinin nəticələrinin Hərbi Hava Qüvvələri baxımından təhlili” mövzusunda dərs keçirilib.

Komandir hazırlığının sonunda zabitlərin hərbi topoqrafiyadan nəzəri bilikləri və fiziki hazırlığı yoxlanılıb.

Əlahiddə Ümumqoşun OrdununTəlim-Tədris Mərkzində keçirilən yekunda bildirilib ki, hərbi hissə komandirləri və müavinləri komandir hazırlığında yüksək nəticə göstəriblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top