Sumqayıtda 21 min manatlıq kondisioner oğurlandı

KRİMİNAL 22 may 2021, 19:46
Sumqayıtda mebel salonundan 21 250 manat dəyərində 3 ədəd kondisioner oğurlanıb.

Demokrat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki mebel salonlarının birindən 21 250 manat dəyərində 3 ədəd kondisioner, transformator hissələri, 1 ədəd “DVR”, 1 ədəd monitor, 15 ədəd görüntü kamerası, kamera-mühafizə rejimi qurğuları, yanğın təhlükəsizliyi komplekt siqnalizasiya sistemi qurğuları və 2 000 metr elektrik naqil oğurlanıb.

Oğurluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Hüseynov saxlanılıb.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top