Toylar bu qaydalarla keçirilə bilər — ƏSAS ŞƏRTLƏR


SOSİAL 22 may 2021, 11:19
"Açıq havada maska taxmaq qaydası ləğv edilməlidir. Çünki üzü yaya gedirik".

Bunu həkim-infeksionist İlhamə Abbasova deyib.

O bildirib ki, insanlar məsuliyyətli davransa, açıq havada maska taxmadan da yaşamaq olar:

"Havalar daha da istiləşəcək və bununla bağlı maskadan çox istifadə etmək insanların səhhətində havasızlıq, hepoksiya, beyinə oksigenin az getməsi kimi problemlər yarada bilər. Buna görə də məsləhət görərdim, açıq havada maska taxmaq ləğv olunsun. Lakin insanlar bilməlidirlər ki, məsafə saxlamaq mütləq vacibdir. Yəni bir insan ikinci bir şəxslə açıq havada söhbət edirsə, ən azı 1 metr, 1.5 metr aralarında məsafə olmalıdır. Bu qaydaya əməl etməklə hər bir insan məsuliyyəti üzərinə götürsə, açıq havada maska taxmadan da yaşamaq mümkün olar.

Onsuz da bizdə hazırda restoranlar, kafelər işləyirlər. Həmin restoranlarda baxırsan 70-80 nəfər yığışır. Toyların keçirilməsinə icazənin verilməsi məsləhət olardı. Və üzü yay aylarına getdiyinə görə toyların da açıq havada keçirilməsi daha yaxşı olar. Qonaq sayının 70-80 olması, bir masa arxasında 5-6 nəfərdən artıq şəxsin olmaması, masalar arasındakı məsafəyə nəzarət olunması və keçirilmə vaxtının saat baxımından qısa olması şərti ilə toylar keçirilə bilər. Yəni 3-4 saat yetərlidir ki, toyların heç olmamağındansa, bununla kifayətlənmək daha yaxşıdır. Ən azından ölkədə yoluxma sayının azalmasını, əhalimizin vaksinasiyada aktivliyini nəzərə alaraq bir balaca yumşalmalara getmək olar. Ancaq əvvəlki kimi 300-400 nəfərlə toy edib və qapalı mühitdə bu 6-7 saat çəksin, belə olmamalıdır. Toylar açıq havada keçirilsə daha yaxşı olar.

Bütün bunlarla paralel yenə də vaksinasiya önəmlidir. Əhali arasında vaksinasiya prosesinin davam etdirilməsi, təbliğatı bir az da artırmaq, insanları vaksinasiyaya cəlb etmək məsləhətdir".(milli.az)

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top