Abşeronda kişi üstünə benzin tökərək özünü yandırdı

HADİSƏ 22 may 2021, 08:56
Abşeronda intihara cəhd hadisəsi baş verib.

Demokrat.az xəbər verir ki, hadisə rayonun Qobu qəsəbəsində qeydə alınıb.

Belə ki, 1974-cü il təvəllüdlü Orucov Elman üzərinə benzin tökərək yandırıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 5 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Ona bədənin və üz nahiyəsinin 3-cü dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyəti ağır olduğu üçün reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top