Dövlət başçısı: "Azərbaycan COVID-ə qarşı vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib"

SOSİAL 20 may 2021, 20:12

Dünyada BMT-dən sonra ən böyük təşkilat olan Qoşulmama Hərəkatına üzv olan dövlətlər Azərbaycanın bu quruma sədrliyini dəstəkləyiblər. Bu qurumun sədri kimi Azərbaycan COVID-lə mübarizəyə həsr olunmuş xüsusi sessiyanın təşkil edilməsi təşəbbüsünü irəli sürüb və bu sessiya keçirilib.

Demokrat.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin videoformatda keçirdiyi “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrdə bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan bir çox ölkələrin tələbatlarından dəfələrlə daha çox vaksin sifariş etməsinə qarşı çıxıb, vaksinlərin ədalətli və bərabər bölünməsini dəstəkləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top