Azərbaycanlı rəssam Türkiyədə koronavirusdan vəfat etdi

İNCƏSƏNƏT 11 may 2021, 22:22
Tanınmış azərbaycanlı rəssam Eldar Zeynalov Türkiyədə koronavirusdan vəfat edib.

Demokrat.az xəbər verir ki, o, 60 yaşında müalicə aldığı Nazilli Dövlət Xəstəxanasında həyatını itirib.

Qeyd edək ki, E.Zeynalov 1961-ci ildə Naxçıvan şəhərində doğulub. Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini, Moskva Memarlıq İnstitutunu, Beynəlxalq Bioenerji texnologiya Akademiyasını bitirib. Rəssam uzun illər İtaliyada yaşayıb. Onun əsərləri İtaliyada, Avstraliyada, Yeni Zelandiyada, ABŞ-da, Yaponiyada, Avropa ölkələrində, Türkiyədə, Pakistanda, İranda və digər ölkələrdə sərgilənib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top