Gürcüstanın baş naziri Ermənistana səfər edəcək

DÜNYA 11 may 2021, 18:41
Gürcüstanın baş naziri İrakli Qaribaşvili mayın 12-də Ermənistana rəsmi səfər edəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə hökumət başçısının Mətbuat xidməti məlumat yayıb.

İ.Qaribaşvili səfər çərçivəsində Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyanla təkbətək və geniş tərkibli görüş keçirəcək.

Baş naziri rəsmi səfərdə müavini, xarici işlər naziri David Zalkaliani müşayiət edəcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top