Lavrovla Çavuşoğludan İsrailə ÇAĞIRIŞ

DÜNYA 11 may 2021, 11:03
Ötən gün Türkiyə və Rusiya xarici işlər nazirləri Mövlud Çavuşoğlu ilə Sergey Lavrov arasında baş tutan telefon danışığı zamanı tərəflər Fələstinlə bağlı İsrailə çağırış ediblər.

Demokrat.az xəbər verir ki, XİN rəhbərləri fələstinlilərin Şeyx Cərrah bölgəsindən uzaqlaşdırılmasını pisləyib və müsəlmanlar üçün müqəddəs olan Ramazan ayında vəziyyəti gərginləşdirəcək hərəkətlərdən çəkinməyə çağırıblar. 

Bundan əlavə, nazirlər “Sputnik V” peyvəndinin Türkiyəyə gətirilməsinin təşkili və iki ölkə arasındakı razılaşma çərçivəsində Türkiyədə istehsalı ilə əlaqədar məsələləri də müzakirə ediblər. 

Görüşdə Qarabağdakı vəziyyəti sabitləşdirmək üçün səylərin davam etdirilməsinin vacibliyi də vurğulanıb.(qafqazinfo.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top