"Kimsə ermənilərə status vermək istəyirsə, öz ölkəsində onlara yer seçsin" — Prezident


GÜNDƏM 10 may 2021, 19:07
“Bəzi siyasətçilər Dağlıq Qarabağın – deməli, olmayan qurumun statusu haqqında danışırlar. Onu da mən demişəm, əgər kimsə bizim ərazimizdə yaşayan ermənilərə status vermək istəyirsə, mən etiraz etmirəm, amma öz ölkəsində onlar üçün yaxşı bir yer seçsin”.

Demokrat.az xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri zamanı Azərbaycan Televiziyasına müsahibəsində deyib.

“O yerlər artıq çoxdan erməni diasporu tərəfindən zəbt edilib. Orada bir muxtariyyət versin, ya müstəqillik versin. Amma Azərbaycanda yox. Azərbaycanda bu, olmayacaq. Kim nə deyirsə desin.

Ona görə məsələhət görürəm ki, bizi əsəbiləşdirməmək və münasibətlərimizi gərginləşdirməmək üçün nə status haqqında, nə münaqişə haqqında hər hansı bir açıqlama verilməsin. Veriləcəksə, cavablarını alacaqlar”, - deyə Prezident İlham Əliyev bildirib.


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyn 2021, 13:46
Top