Paşinyan: “Qarabağla bağlı razılaşmaları yerinə yetirməyə hazırıq”

QARABAĞ 06 may 2021, 19:53
İrəvan Qarabağla bağlı üçtərəfli razılaşmaların yerinə yetirilməsi üçün hər cür səy göstərməyə hazır olduğunu təsdiqləyir.

“RİA Novosti”nin məlumatına görə, bu sözləri Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovla görüş zamanı deyib.

“Sizi əmin etmək istərdim ki, Ermənistan bundan sonra da 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatlarında əldə edilmiş razılaşmaları həyata keçirmək üçün bütün tədbirləri görməyə davam edəcək. Biz həmçinin tərəflər arasında üçtərəfli formatda konstruktiv dialoqun təmin olunması üçün səylər göstərməyə hazırıq”, - deyə N.Paşinyan bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
01 may 2024, 21:48
Top