Həcc ziyarəti yasaqlanacaq

DÜNYA 05 may 2021, 23:58
“Səudiyyə Ərəbistanı koronavirusun yayılması riskinə görə bu il də Həcc ibadətini yasaqlamağı planlaşdırır”.

Bu barədə “Röyters” məlumat yayıb.

Bildirilib ki, ölkə koronavirusa yoluxma faktlarının qlobal miqyasda artması, dünyada yeni ştammların ortaya çıxması və pandemiyanın ölkədə daha da yayılması riskinə görə Həcc ibadətinin bu il də icra olunmaması istiqamətində qərar qəbul edəcək.

Agentliyə danışan Səudiyyə Ərəbistanı rəsmiləri xaricdən gələnlərə Həcc qadağası qoyulması halının hələ də müzakirə olunduğunu bildirib, dəqiq qərarın isə ən qısa zamanda veriləcəyi açıqlanıb.

“Röyters”in mənbələrindən biri isə Səudiyyə administrasiyasının planının əvvəlcə xaricdən məhdud sayda və sadəcə vaksinasiyadan keçmiş, ya da xəstəlikdən sağalmış hacı namizədlərinə icazə vermək olduğunu söyləyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top