Fazil Mustafa jurnalistlə mübahisə etdi — FOTO

SOSİAL 05 may 2021, 19:41
Milli Məclisin deputatı Fazil Mustafa Speys TV-nin yeni rəhbəri Ülviyyə Mikayılovaya görə jurnalist Əzizə Zeynalla mübahisə edib.

Konkret.az-ın xəbərinə görə, Fazil Mustafanın sosial şəbəkədə yazdığı “Düşündüm ki, bu xanımı (Ülviyyə Mikayılova – red.) uzaqbaşı bir televiziyaya təyin ediblər, həm də Təhsil Nazirliyinin İctimai Şurasının üzvü, ADA-nın müəllimi, QHT rəhbəri kimi təcrübə üzərindən də yanaşılanda elə də narahatedici bir məqamı da görmədim” fikri Əzizə Zeynalın etirazı ilə qarşılanıb.

Jurnalist belə yazıb: “Uzaqbaşı bir televiziyaya təyin ediblər” – Uzaqbaşı dediyiniz anlayış bizim dünyaya çıxışımızdır, ölkənin aynasıdır. Necə belə sıradan ifadə edirsiniz… TV təcrübəsi olmayan biri birbaşa rəhbərliyə gətirilib, təbii ki, birmənalı münasibət olmayacaq”.

Jurnalistin bu etirazına F.Mustafanın cavabı isə gecikməyib və o, bunları yazıb:

“Bəli, uzaqbaşı!!! Çünki televiziyadan asılıb qalanların cahilliyi daha dəhşətlidir. Özəl televiziyadır, biri də olmasın. Mən çox nadir hallarda izləyirəm, tələbat duymuram. Ancaq bir xanımın fəaliyyətə başlamamışdan fotosunu paylaşıb lağlağı etməkdən söhbət gedir. Bir də ABŞ-ın aynası TV deyil, Kissincerdir, Xomskidir, Bill Qeytsdir”.

Qeyd edək ki, bu gün ADA Universitetinin baş müəllimi, Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Müasir Təhsil və Tədrisə Yardım İctimai Birliyinin rəhbəri Ülviyyə Mikayılova “Space” teleradio şirkətinin rəhbəri vəzifəsinə təyin olunub.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top