Mikayıl Cabbarov: "Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq"

GÜNDƏM 01 may 2021, 16:27
"Gənclər və idman naziri Azad Rəhimovun vəfatı xəbəri hamımızı dərindən kədərləndirir". 

Demokrat.az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

"Azad müəllim sadəliyi, işgüzarlığı ilə seçilən, gülərüz, həyat eşqi ilə dolu insan idi. Vətəninə sadiq, dövlətini sevən, xalqına bağlı ictimai xadim, hamıya qayğı ilə yanaşan səmimi dost idi Azad müəllim. Həmkarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq.

Ailəsinə və yaxınlarına səbir diləyirəm, bu itki hər birimizi dərindən ağrıtdı. Allah rəhmət eləsin", deyə nazir qeyd edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top