16 min ailənin yol və sənədsiz ev problemi — VİDEO

SOSİAL 27 apr 2021, 15:10
Gəncə şəhərinin sonradan salınan, 16 min ailənin yaşadığı Məhsəti qəsəbəsi şəhərin əsas yaşayış massivlərindən biridir. Yaşayış massivi 1990-cı illərin əvvəllərində salınmağa başlayıb və bu müddət ərzində tədricən qaz, işıq, su və rabitə xətti kimi vacib infrastruktur məsələləri həllini tapıb. Bu gün yaşayış massivində ən ciddi problem yolların yararsız vəziyyətdə olmasıdır. 

Yol problemi ilə yanaşı, yeni salınan qəsəbələrin digər problemi isə tikililərin sənədsiz olmasıdır. Məhsəti qəsəbəsində inşa edilən yaşayış evlərinin əksəriyyətinin rəsmi sənədi yoxdur. 

Bildirək ki, bu gün Gəncə şəhərində sonradan salınan səkkiz iri qəsəbə var ki, bu qəsəbələrdə orta hesabla, 70 mindən çox insan yaşayır. 

Qeyd edək ki, ölkənin ikinci böyük şəhərinin ən iri qəsəbələrində vaxtilə Gəncə ətrafı rayonlarda yaşamış sakinlər məskunlaşıb. Hazırda Gəncəyə yaxın rayonlardan bu qəsəbələrə yaşamaq üçün gələnlərin sayı durmadan artır.
 


Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top