Şəmkirin icra başçısı və müavini saxlanıldı — YENİLƏNİB

HADİSƏ 26 apr 2021, 12:30
Bu gün səhər saatlarında hüquq-mühafizə orqanları Şəmkir Rayon İcra Hakimiyyətində əməliyyat keçirib. 

Demokrat.az
xəbər verir ki, bu barədə rayondakı mənbələr Azpolitika.info-ya məlumat verib.

Məlumata görə, icra başçısı Alimpaşa Məmmədov və icra başçısının birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov saxlanılıb.

***12:21

Şəmkir rayon İcra Hakimiyyətində hüquq-mühafizə orqanları tərəfindən əməliyyat keçirilib.


Unikal.org-un əldə etdiyi məlumata görə, əməliyyat nəticəsində icra başçısının sabiq birinci müavini, hazırki təhsil şöbəsinin müdiri Qüdrət Əliyev, baş memar İlqar Quliyev, şəhər icra nümayəndəsi Pərviz İbrahimov və Mənzil-Kommunal İstismar idarəsinin rəisi Teymur Hacıyev saxlanılıb.

Qeyd edək ki, Şəmkir rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədovun da saxlanıldığı bildirilir.

Əlavə məlumat veriləcək.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top