Koronavirus uşaqlarda insult riskini artırır


MARAQLI 25 apr 2021, 13:22
COVID-19 keçirmiş uşaqların beynində serebrovaskulit, ensefalit və insult kimi həyati təhlükəli patologiyalar müşahidə oluna bilər.

Koronavirusla əlaqəli sinir xəstəlikləri olan uşaqları müayinə edən ABŞ və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu bu nəticəyə gəlib.

Demokrat.az
oxu.az-a istinadən bildirir ki, tədqiqatçıların məqaləsi "The Lancet"də dərc olunub.

Rusiyalı mütəxəssislərin fikrincə, bu, immunitet sisteminin öz bədəninin hüceyrələrinə hücumundan və digər səbəblərdən qaynaqlanır.

Onlar qeyd ediblər ki, sinir xəstəlikləri riskinin artması hipoksemiya (qanda oksigen səviyyəsinin çatışmazlığı) səbəbindən immunitet sistemindəki zədələnmələrə səbəb olur və virusun sinir hüceyrələrinə yoluxma qabiliyyəti səbəbindən qan laxtalanması və tromboz riski artır.


Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top