Britaniyada “Bizi minalardan azad edin” şüarı ilə flaşmob keçirildi

DİASPOR 24 apr 2021, 16:18
Böyük Britaniyanın Koventri şəhərində “Bizi minalardan azad edin, Qarabağ Azərbaycandır” şüarı ilə banner fləşmobu keçirilib.

Bu barədə Demokrat.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Yerli əhaliyə Qarabağın tarixi Azərbaycan torpağı olması, işğaldan azad edilmiş ərazilərin minalanması ilə bağlı məlumatlandırıcı lifletlər də paylanılıb.

Bundan başqa, Böyük Britaniyada fəaliyyət göstərən “Natavan Qrup” təşkilatının üzvləri və bu ölkədə yaşayan Azərbaycan icmasının fəalları tərəfindən London şəhərində yerli əhaliyə Ermənistanın işğaldan azad olmuş ərazilərə dair mina xəritələrini dövlətimizə təqdim etməməsi ilə bağlı məlumatlandırıcı lifletlər paylanılıb.

Paralel olaraq, şəhərin mərkəzi yerlərində, avtobus dayanacaqlarında məlumatlar yerləşdirilib, məlumatlandırıcı bannerlər asılıb.

Qeyd edək ki, bu gün Koventri şəhərində kilsədə ermənilərin anım tədbiri planlaşdırılıb.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
20 apr 2024, 13:03
Top