Milli Qəhrəmanın oğlu nazirlikdəki işindən ayrıldı

GÜNDƏM 24 aprel 2021, 10:27
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin mətbuat katibi Ceyhun Əsgərov işindən ayrıldığını bildirib.

C.Əsgərov yeni layihə üzərində çalışdığını açıqlayıb.

Qeyd edək ki, Ceyhun Əsgərov 2003-2011-ci illərdə ANS teleradio şirkətində müxtəlif vəzifələrdə çalışıb. Sonralar "Araz” radiosunda siyasi şərhçi, "Türk El” telekanalında baş direktor, CBC kanalında "Xəbərlər” redaksiyasının direktoru, 2015-ci ildə isə "Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin mətbuat katibi, www.aznews.az və www.novosti.az. İnformasiya portallarının baş redaktoru olub.

O, şəhid Milli Qəhrəman Salatın Əsgərovanın oğludur. 

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top