Sülhməramlıların daha bir karvanı Kəlbəcərə yola düşdü — FOTO

QARABAĞ 23 apr 2021, 00:00
"Rusiya sülhməramlı kontingenti 2020-ci ilin noyabrında Azərbaycanın nəzarətinə keçən ərazilər arasında malların tranzitini təmin etməyə davam edir".

Demokrat.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin yaydığı məlumatda bildirilir.

Qeyd olunub ki, enerji və su təchizatı sistemlərinin bərpası, sosial obyektlərin və yaşayış binalarının bərpası üçün 17 KamAZ hərbi maşını və müşayiətedici nəqliyyat vasitələrindən ibarət Humanitar Reaksiya Mərkəzinin on dördüncü Rusiya karvanı Suqovuşan - Kəlbəcər marşrutu ilə Kəlbəcər rayonuna 200 tona yaxın elektrik təchizatı sistemlərinin bərpası üçün tikinti materialları və avadanlıqları daxil olmaqla yük çatdırıb. 

"Ümumilikdə, Rusiya sülhməramlılarının köməyi ilə motorlu nəqliyyat vasitələrinin on üç karvanı təxminən 2400 ton yük daşıyıb.

Ötən il 9 noyabr tarixində Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üçtərəfli sazişin şərtləri əsasında Azərbaycan tərəfinə yardım göstərilib.

Rusiya Federasiyası Prezidentinin, Azərbaycan Respublikası Prezidentinin və Ermənistan Respublikası Baş nazirinin birgə bəyanatında göstərilən razılaşmalara uyğun olaraq, bu il 10 noyabr Moskva vaxtı ilə 00:00-dan etibarən Dağlıq Qarabağda tamamilə atəşkəs elan edildi, bütün döyüş əməliyyatları dayandırıldı.

Rusiya Federasiyasının sülhməramlı kontingenti Dağlıq Qarabağdakı atəşkəsə və hərbi əməliyyatlara nəzarət etmək üçün yerləşib", - deyə Rusiya MN-dən bildirilib.


Modern.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top