Çad prezidenti qiyamçılarla toqquşmada həlak oldu

DÜNYA 20 apr 2021, 15:26
Çadın Prezidenti İdriss Debi İtno qiyamçılara qarşı aparılan hərbi əməliyyatlarda aldığı yaradan ölüb.

Demokrat.az xəbər verir ki, bu barədə AFP Çad dövlət televiziyasına istinadən məlumat yayıb.

Ordunun yaydığı açıqlamada bildirilir ki, Prezident, Ali Baş Komandan ölkənin ərazi bütövlüyünü qoruyarkən döyüş meydanında aldığı yaralardan həlak olub.

Qeyd olunur ki, Debi ölkənin şimalında qiyamçılara qarşı əməliyyatlarda orduya rəhbərlik edirmiş.

İdriss Debi İtno aprelin 11-də keçirilmiş seçkilərdə altıncı dəfə Çad Prezidenti seçilmişdi. Seçkilərin nəticələri bu gün rəsmən təsdiqlənmişdi.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top