“İnsan alveri problemlərinin təhlili həyata keçiriləcəkdir”

SOSİAL 20 apr 2021, 15:05
22 iyul 2020-ci ildə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sərəncamı ilə “Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2020─2024-cü illər üçün Milli Fəaliyyət Planı” təsdiq edilib.

“Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyindən Demokrat.az-a verilən məlumata görə, Milli Fəaliyyət Planı çərçivəsində insan alveri probleminin sosial-psixoloji aspektlərinin öyrənilməsi, səbəblərinin müəyyənləşdirilməsi və aradan qaldırılması, qurbanların hüquqi müdafiəsinin mövcud vəziyyəti ilə bağlı təkliflərin hazırlanması nəzərdə tutulub.

Bu istiqamətdə 2021-ci ilin aprel ayından etibarən “Hüquqi Təhlil və Araşdırmalar” İctimai Birliyi Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi ilə Azərbaycanda insan alveri probleminin səbəblərinin öyrənilməsi məqsədilə geniş təhlil həyata keçirməyə başlayıb.

Cari ilin aprel ayından dekabr ayının sonunadək, 9 ay müddətində həyata keçiriləcək layihədə sorğuların keçirilməsi, dərinləşdirilmiş intervyuların aparılması,  məlumat xarakterli bazanın yaradılması, nəticələrin təhlili, hesabatın və təkliflərin hazırlanması nəzərdə tutulur. 

Layihə qeyd edilən Milli Fəaliyyət Planının həyata keçirilməsinə töhfə verəcək. 

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top