Deputat: “Azərbaycan ərazisinə qanunsuz daxil olan ermənilər terrorçu kimi mühakimə olunmalıdırlar”

GÜNDƏM 20 apr 2021, 12:24
"Razılaşmadan sonra bir qrup terrorçunun bölgədə peyda olması danışıqları pozmaq üçün atılmış addımdır. Ümumiyyətlə, biz ermənilərin əsirləri, ya da terrorçularına qarşı onların etdiyi, insanlığa yaraşmayan murdarlıqları tətbiq etmirik. Biz yalnız dünyanın qəbul etdiyi qanunlar çərçivəsində hərəkət edirik".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Sabir Rüstəmxanlı deyib.

Deputat bildirib ki, bölgədə tutulan bir qrup erməni, şübhəsiz ki, terrorçu kimi mühakimə olunmalıdır.

S.Rüstəmxanlı əlavə edib ki, hələ savaşdan 3-4 ay keçməsinə baxmayaraq, ermənilər bu məsələ ətrafında dünyanı ayağa qaldırırlar: "Bu, erməni xislətindən başqa bir şey deyil. Ümumiyyətlə, savaşın və sülhün öz qanunları var. Əgər həmin şəxslər döyüşlər davam edən zaman tutulsaydılar, onlar hərbi əsir hesab olunacaqdı. Hərbi əsirlər isə, bildiyimiz kimi, danışıqlar yolu ilə dəyişdirilə və ya qaytarıla bilər. Çünki müharibə zamanı təbii haldır ki, hər iki tərəfdən əsirlər olsun. Amma burada vəziyyət başqa cürdür: müəyyən razılaşmaya gəlinib, anlaşma əldə olunub və bundan sonra bölgədə bir qrup silahlı peyda olub. Əgər məsələnin dinc yolla həllinə razılaşdırıldıqdan sonra onlar bizim ərazimizdə peyda olurlarsa, deməli, əsgər deyil, terrorçudurlar. Bu, danışıqları pozmaq niyyəti ilə atılan addımdır. Bunların cəzası, əlbəttə ki, başqadır və əsirlərlə eyni hesab edilə bilməzlər. Bizim dincliyimizə təhlükə yaradan adamlardır və terrorçu kimi mühakimə olunmalıdırlar. Azərbaycanın mövqeyi haqlı mövqedir. Nəzərə almaq lazımdır ki, Ermənistan Azərbaycanın dinc əhalisi ilə necə rəftar edib, kəlbəcərli əsirləri uzun illər necə saxlayıblar, bunların hər biri gözümüzün önündə baş verib".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top