"Azpetrol"un yanacaq daşıyan maşını piyadanı vuraraq öldürdü — FOTOLAR

HADİSƏ 20 apr 2021, 12:11
Kürdəmirdə piyadanın ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Yuxarı Şirvan bürosu xəbər ki, hadisə rayonun Dördyol adlanan ərazisində qeydə alınıb.

Beləki, Zəngilan rayon sakini, 1962-ci il təvəllüdlü Dərgah İsa oğlu Ağayev idarə etdiyi "Azpetrol" şirkətinə məxsus iri tutumlu yanacaq daşıyan avtomobillə hərəkətdə olarkən həmin ərazidə yolu keçmək istəyən piyadanı vurub. Sürücü əyləci sistemini işə salsada avtomobilin təkərləri arasında qalan piyadanı bir neçə metr sürüyüb. Nəticədə dünyasını dəyişən piyadanın baş və bədəninin müəyyən hissəsi əzildiyi üçün şəxsiyyətini müəyyən etmək olmayıb.

Faktla bağlı araşdırma aparılır.



Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top