Tural Gəncəliyev: "Ermənistan deputatları nifaq salan bəyanat verməməlidirlər"


XARİCİ SİYASƏT 19 apr 2021, 16:31
“Ermənistan parlamentindən olan həmkarlarım gərək öz parlamentlərində nifaq salan bəyanatlara, Azərbaycan fobiyasına yol verməsinlər, yalnız bu şərtlə bu cür əhəmiyyətli görüşlərdə iştirak etsinlər”.

Demokrat.az xəbər verir ki, bu sözləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Euronest Parlament Assambleyası (PA) komitəsinin videoformatda keçirilən iclasında bildirib.

Millət vəkili həmçinin bu günlərdə Ermənistan parlamentinin Xarici əlaqələr komitəsinin əməkdaşı Lilit Gözəlyan tərəfindən hədə-qorxuya məruz qaldığını diqqətə çatdırıb.

“Euronest PA Siyasi işlər, insan hüquqları və demokratiya komitəsinin iclası zamanı Ermənistan nümayəndələrinin Azərbaycana qarşı əsassız ittihamlarına cavab verərkən Ermənistanda Azərbaycan fobiyasına dair məsələ qaldırdım və hazırda Ermənistan parlamenti əməkdaşları tərəfindən ölüm hədələrini alıram”, - T.Gəncəliyev tvitter hesabından paylaşım edib.(report.az)


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top