ABŞ Rusiyaya yeni sanksiyalar tətbiq etdi

DÜNYA 15 apr 2021, 16:31
ABŞ prezidenti Cozef Bayden Rusiyaya qarşı sanksiyaların tətbiqi barədə fərman imzalayıb.

Demokrat.az xəbər verir ki, bu barədə məlumatı Ağ Evin mətbuat xidməti yayıb.

Belə ki, ABŞ Rusiyanın Vaşinqtondakı diplomatik nümayəndəliyinin 10 əməkdaşını ölkədən çıxarır. Bundan əlavə, ABŞ öz şirkətlərinə Rusiya Mərkəzi Bankı, Milli Rifah Fondu və ya Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazları birbaşa almağı qadağan edir.

ABŞ maliyyə nazirliyi isə Rusiyanın ABŞ-dakı seçkilərə müdaxiləsi ilə əlaqəli olduğu iddia edilən 16 quruma və 16 şəxsə qarşı sanksiya tətbiq edib.(report.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top