Maltalı jurnalistin ölümündə Çin izi — Azərbaycana qarşı böhtan kampaniyası aparanlar üzr istəyəcəklərmi?

TƏHLİL 14 apr 2021, 21:50
Dafne Anna Karuana Qalizia (Daphne Caruana Galizia) — Malta  yazıçısı və araşdırmaçı jurnalisti idi. 2017-ci il oktyabrın 17-də Dafnenin idarə etdiyi avtomobil  evini tərk etdikdən bir müddət sonra partlayıb. Malta rəsmilərinin ehtimallarına əsasən araşdırmaçı jurnalistin ölümünə səbəb olan partlayıcı qurğu məsafədən idarə olunub. Bu hadisəsdən sonra Azərbaycana qarşı xüsusi qərəzi ilə seçilən OCCRP şəbəkəsi jurnalıistin ölümündə “Azərbaycan izi” axtarmağa başlamışdı.

“Project Daphne”(Dafne layihəsi) adlı  xüsusi layihə “Dafnenin yarımçıq qalmış işini” davam etdirdmək üçün Azərbaycan barədə onlarla yazı dərc etmiş, layihəyə dünyanın bir çox aparıcı KİV-ləri də qoşulmuşdu. Müştərək materiallar və ya daha əvvəllər OCCRP- nin hazırladığı yazılar layihəyə qoşulmuş bütün ingilis, fransız, alman və rusdilli KİV-lərdə yayımlanırdı. Bu, demək olar ki, Azərbaycan dövləti əleyhinə müşahidə edilən ən sistemli qara PR kampaniyası idi.

Cinayəti Azərbaycanla bağlamaq üçün iddia olunurdu ki, D. Qalizia Malta rəsmiləri ilə Azərbaycan hökumətinin nümayəndələri arasında şübhəli əlaqələr haqqında araşdırma materialları ilə məşhurlaşmışdı.

Qlobal media korporasiyalarının Azərbaycan redaksiyaları da  qəzada Bakının izi olduğunu qabardan onlarla müsahibələr, bəyanatlar, rəylər yayımladı. RATİ başda olmaqla bir çox yerli media azadlığı və insan haqları təşkilatları hadisədən  dərhal sonra verdikləri bəyanatlarında  ya birbaşa,  ya da dolayısı olaraq Azərbaycan rəsmilərini ittiham edirdilər. RATİ-nin bəynanatında  “BMT, Avropa Birliyi, ... 

Cheng Chen

Azərbaycanın Baş Prokuroru korrupsiyaya qarşı mübarizə aparan bloger Dafne Karuana Qalizianın öz nəşrlərində Azərbaycan nümayəndələrinin Maltada cinayətkar maraqlarının olmasını dəfələrlə qeyd etməsini nəzərə alaraq, blogerin sifarişli qətli ilə bağlı Azərbaycan nümayəndələrinin malik ola biləcəyi hər hansı mümkün motivlərə dair istintaqın başlanmasına” çağırırdı.

Hakimiyyətin opponetləri  siyasi məhbus, media azadlığı kimi mövzularda etdikləri az qala bütün çıxışlarında iqtidarın söz azadlığını boğmasına nümunə olaraq maltalı jurnalistin şübhəli ölümünü göstərirdilər. Amma OCCRP-nin bu günlərdə  dərc etdiyi yeni araşdırma göstərir ki, jurnalistin ölümünü Azərbaycana bağlamaq cəhdlərinin heç bir əsası yox imiş, bu, düşünülümüş qara PR kampaniyası imiş.  OCCRP layihəsinin özü də qeyri-ciddi, ölkələrə qarşı  sifarişli kampaniya icra edən şəbəkədən başqa bir şey deyilmiş.

İndi də şəklini gördüyünüz bu qıyıqgöz  qətlin əsas günahkarlarından sayılır (daha ətraflı məlumatla layihənin saytında tanış olmaq olar). Bütövlükdə Çin izi, ən azı yeni iddialar belədir. Macbridge adlı Çin şirkətinin Çenq Çen (Cheng Chen) adlı konsultantı...

Bəs 3 ildən çox yazılanlara, atılan böhtanlara görə  Azərbaycandan  istəyəcəklərmi?


Cəmaləddin Quliyev
Jurnalist

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top