Əməyin mühafizəsi üzrə ilk milli standart təsdiqləndi

SOSİAL 14 apr 2021, 20:51
“Əməyin sağlamlığı və təhlükəsizliyinin idarə edilməsi sistemi. İstifadə üzrə izahlı tələblər” adlanan standart Dövlət Əmək Müfəttişliyi Xidmətinin sədrlik etdiyi “Əməyin təhlükəsizliyi” standartlaşdırma üzrə Texniki Komitə tərəfindən hazırlanaraq “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsə təqdim edilib və yeni dövlət standartı İnstitut tərəfindən müvafiq əmrlə təsdiqlənib.

Bu barədə Demokrat.az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, standart mayın 1-də qüvvəyə minəcək. AZS ISO 45001:2021 standartı əməyin sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sisteminin tələblərini müəyyənləşdirir. İstehsalat qəzalarının və peşə xəstəliklərinin qarşısının alınması, təhlükəsiz və sağlam iş yerlərinin yaradılması məqsədilə müəssisələri təlimatlarla təmin edir.

Texniki Komitə tərəfindən əməyin mühafizəsi üzrə 196 maddə üzrə milli standartın hazırlanması nəzərdə tutulur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top