Neftçalada qaydaları pozan 16 sürücü cərimələndi — FOTOLAR

HADİSƏ 13 apr 2021, 12:25
Neftçala rayonunda reyd zamanı qayda pozan sürücülər məsuliyyətə cəlb edilib.

Demokrat.az xəbər verir ki, Neftçala RPŞ DYP Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə mütəmadi olaraq profilaktiki tədbirlər həyata keçirilir.

Reyd zamanı rayonun müxtəlif ərazilərində dayanma-durma, parklanma qaydalarını pozan, eləcə də, avtobus dayanacaqlarını, piyada səkilərini zəbt edən nəqliyyat vasitələrinin sürücüləri ilə yol polisi əməkdaşları maarifləndirici söhbətlər aparıb.

Dayanma-durma qaydalarını kobud şəkildə pozan 16 sürücü barəsində inzibati protokollar tərtib olunub.(mediapost.az)

Neftçalada qaydaları pozan 16 sürücü cərimələndi - <span>FOTO</span>

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top