Türk Şurasının üzvləri ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində FOTO

SİYASƏT 11 apr 2021, 12:32
Türk Şurasının nümayəndə heyətinin Ağdama səfəri başlayıb.

Trend-in Qarabağ bürosunun məlumatına görə, Türk Şurasının informasiya və media üzrə məsul nazirləri və yüksək vəzifəli rəsmiləri ermənilərin viran qoyduğu İmarət qəbiristanlığında olublar.

Qonaqlar ermənilər tərəfindən viran qoyulmuş Ağdam şəhərinin İmarət qəbiristanlığının qalıqları ilə tanış olub. Səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qonaqları Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayət edir.

Türk Şurasının nümayəndə heyəti ermənilərin viran qoyduğu Ağdamın "İmarət"ində (FOTO) - Gallery Image

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top