YapiKredi Müraciət Forması
İdman

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri bilindi - FOTO

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri bilindi - FOTO

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri müəyyənləşib.

Demokrat.az xəbər verir ki, D yolunun finalında Tacikistan və Kanada komandaları 97-ci yer uğrunda mübarizə aparıblar. Qarşılaşma Tacikistan yığmasının 4:2 hesablı qələbəsi ilə başa çatıb.

C yolunun finalında isə 65-ci yer uğrunda Belarus və Tunis komandaları üz-üzə gəliblər. Görüş Belarus yığmasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

13:17

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının E və F yolunun qalibləri müəyyənləşib.

Demokrat.az xəbər verir ki, F yolunun finalında Yeni Zelandiya və Efiopiya komandaları üz-üzə gəliblər. Qarşılaşma Yeni Zelandiya yığmasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, Yeni Zelandiya 161-ci yer uğrunda mübarizədə qalib olub.

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri bilindi - FOTO

E divizionun 129-cu yer uğrunda finalında isə Mərkəzi Afrika Respublikası Banqladeşlə qarşılaşıb. Bu görüşdə Mərkəzi Afrika Respublikası rəqibini məğlub edərək divizionun qalibi adını qazanıb.

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının C və D yolunun da qalibləri bilindi - FOTO

Qeyd edək ki, turnirin əsas mükafatı uğrunda Çexiya və İspaniya yığmaları qarşılaşacaqlar. A yolunun finalı bu gün saat 18:00-da Bakı Kristal Zalında keçiriləcək.

10:58

Bakıda keçirilən FIFA U-15 dünya çempionatının və festivalının qalibi bu gün müəyyənləşəcək.

Demokrat.az xəbər verir ki, A Divizionunun həlledici oyununda İspaniya və Çexiya komandaları üz-üzə gələcək.

Bundan əlavə, turnirin B, C, D, E və F divizionlarında da qaliblər müəyyənləşəcək.

Final görüşlərinin hamısı Bakı Kristal Zalında təşkil ediləcək.

A Divizionu

Final

18:00. Çexiya - İspaniya

B Divizionu

Final

15:00. Portuqaliya - Zambiya (33-cü yer uğrunda)

C Divizionu

Final

13:30. Tunis - Belarus (65-ci yer uğrunda)

D Divizionu

Final

12:00. Kanada - Tacikistan (97-ci yer uğrunda)

E Divizionu

Final

10:30. Mərkəzi Afrika Respublikası - Banqladeş (129-cu yer uğrunda)

F Divizionu

Final

09:00. Yeni Zelandiya - Efiopiya (161-ci yer uğrunda)

Xatırladaq ki, Çexiya - İspaniya oyunundan sonra mükafatlandırma və bağlanış mərasimi keçiriləcək.