Polis əməkdaşı Suqovuşanda qəzaya düşdü


HADİSƏ 08 apr 2021, 20:32
Tərtər rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Demokrat.az
xəbər verir ki, hadisə rayonun işğaldan azad edilən Suqovuşan kəndi ərazisində qeydə alınıb.

Belə ki, "VAZ-2106" markalı avtomobilin sürücüsü Zəka Mehdiyev Suqovuşan kəndi ərazisində hərəkətdə olarkən anidən idarəetməni itirib. Nəticədə avtomobil aşıb və sürücü ağır bədən xəsarəti alıb.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzaya düşən Z.Mehdiyev Tərtər Rayon Polis Şöbəsinin əməkdaşıdır/"Report".


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top