"Həbsimi istəyənlər ürəyi bəd olan insanlardır" — Hacıbala Abutalıbov DANIŞDI

GÜNDƏM 07 apr 2021, 22:23
Uzun müddət Bakı Şəhər İcra Hakimiyyətinin başçısı və 2018-2019-cu illərdə Baş nazirin müavini vəzifələrində çalışmış Hacıbala Abutalıbov həbs olunması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Hacıbala Abutalıbov Demokrat.az-a eksklüziv açıqlamasında deyib ki, onun saxlanması ilə əlaqədar yayılan xəbərlər yalandır. 

"Bəzi jurnalistlər özündən uydurur bunu. Gördüyünüz kimi, indi sizinlə danışıramsa, deməli, həbs olunmamışam. Mənim həbs olunmağını istəyənlər ürəyi bəd olan insanlardır".

Xatırladaq ki, Qənimət Zahid "Azərbaycan saatı" verilişinin bugünkü buraxılışnda Hacıbala Abutalıbovun həbs edilməsi ilə bağlı məlumat yayıb. 

Vaqif Hüseynli
Demokrat.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top