Gürcüstanda iki qardaş qətlə yetirilib

DÜNYA 04 aprel 2021, 22:13
Gürcüstanın Tsxaltubo bələdiyyəsinin Rioni kəndində təxminən 40 yaşlarında olan iki qardaş qətlə yetirilib.

Demokrat.az xəbər verir ki, onları əmisi oğulları ov tüfəngi ilə ölümcül yaralayıb.

Kənd sakinlərinin sözlərinə görə, qohumlar arasında mübahisə bir neçə gün əvvəl baş verib. Şahidlər hadisəni törədən şəxsin alkoqollu içkinin təsiri altında olduğunu bildiriblər. Onun saxlanılması hələ mümkün olmayıb.

Faktla bağlı ağırlaşdırıcı hallarda qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır. /report

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
13 iyul 2025, 09:35
13 iyul 2025, 09:27
Top