Rusiyanın hərbi peyki orbitdən çıxaraq yandı

DÜNYA 03 apr 2021, 22:22
Rusiyanın “Kosmos-2525” hərbi peyki orbitdən çıxaraq atmosferin sıx qatında yanıb.

“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Şimali Amerika Hava-komsik müdafiə komandanlığı (NORAD, North American Aerospace Defense Command) yayıb.

Məlumata görə, peyk aprelin 1-də orbitdən çıxıb. Hazırda obyekt orbitdə mövcud deyil.

Bildirilib ki, “Kosmos-2525” Rusiya Müdafiə Nazirliyinin maraqlarını təmin etmək üçün 2018-ci il martın 29-da Arxangelsk vilayətinin Plesesk kosmodromundan “Soyuz-2.1v” raket daşıyıcısı ilə buraxılmışdı.

Peykin təyinatı ilə bağlı rəsmi məlumat yoxdur.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top