Vilayət Eyvazovdan yeni TƏYİNAT

GÜNDƏM 01 apr 2021, 16:23
Şəmkir Rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinə yeni rəis təyin edilib.
 
Demokrat.az xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
 
Əmrə əsasən, polis mayoru Ramin Fətulayev Şəmkir rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin rəisi vəzifəsinə təyin alıb.
 
R. Fətulayev bundan əvvəl Gəncə şəhər Baş Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin rəis müavini vəzifəsində çalışıb.(apa.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top