"Zəngəzur dəhlizində Amerikanın nəzarəti məsələsi əslində yeni məsələ deyil, iki il öncə Ermənistan rəhbərliyi Rusiyanın bu dəhlizə nəzarət etməsinin qarşısını almaq üçün belə bir ideya ilə çıxış etmişdi. Hal-hazırda Amerika tərəfi bu mövzuda rəsmi şəkildə mövqeyini bildirib və istəklərini tərəflərə çatdırıb. Bu, kifayət qədər ciddi müzakirə mövzusudur, eyni zamanda mürəkkəb bir vəziyyət yaradır".
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Oqtay Qasımov deyib.
O bildirib ki, Amerikanın bölgədə iştirakı və bunu 100 il müddətinə istəməsi kifayət qədər ciddi və gələcək üçün problemlər yarada biləcək bir məsələdir:
"Region dövlətləri üçüncü tərəflərin bölgəyə daxil olmasında maraqlı deyillər. Amerikanın iştirakı isə İran və Rusiya ilə münasibətləri gərginləşdirə bilər. Hətta gələcəkdə Çinlə də müəyyən gərginliklər yaşana bilər.
Amerikanın Zəngəzur dəhlizinə nəzarəti həm də gələcəkdə Azərbaycan və Türkiyənin ortaq maraqlarına uyğun olmaya bilər. Hal-hazırda Azərbaycan və Ermənistan bu dəhlizə birgə nəzarət etməyi nəzərdə tutur və Azərbaycanın istəyi də odur ki, bu dəhliz təhlükəsiz və maneəsiz keçid üçün istifadə olunsun. Amma bu, hələ mümkün deyil. Ən azı sülh sazişi imzalanmalı, 5–10 il müddət keçməli, tərəflər arasında etimad mühiti yaranmalıdır ki, bu addım atılsın".
Politoloqun sözlərinə görə, son zamana qədər hansısa keçid variantı da mümkündür.:
"Mən düşünürəm ki, Amerikanın 100 illik nəzarət təklifi qəbulolunmazdır, çünki bu, çox ciddi risklər yaradır. Amma 5–10 illik bir nəzarət ola bilər. Bununla yanaşı, region dövlətlərindən biri kimi, tərəflərin etimad etdiyi Türkiyə də paralel şəkildə bu prosesdə iştirak edə bilər. Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi nümunəsi kimi belə bir nəzarət mexanizmi yaradılması keçid dövrü üçün ideal variant ola bilər.
Hazırda situasiya elə bir kritik mərhələyə çatıb ki, məcburi şəkildə bəzi qərarlar qəbul edilməlidir. Bu baxımdan, Amerikanın təklifi yalnız 5–10 il müddətində olarsa qəbul edilə bilər. Əks halda, uzunmüddətli nəzarət yeni gərginliklərə səbəb ola bilər".
Əfsanə Kamal
Demokrat.az