Almaniyanın söyüş şəbəkəsinə dəstəyi: nasistlər iş başında

SİYASİ 30 mar 2021, 11:40
“Köhnə Qitə”dən Azərbaycana qarşı çirkin kampaniya bəzən qısa fasilə olsa da uzun müddət davam edib. Bu kampaniyada müəyyən oyunçular zaman-zaman yerdəyişmə ilə prosesi üzərlərinə götürür və adətən eyni motivli əsassız iddialardan çıxış edirlər. Almaniya anti-Azərbaycan kampaniyasında rol alan ölkələrdən biridir. 

Anti-Azərbaycan şəbəkəsinin arxasında erməni lobbisinin, o cümlədən, rəsmi Bakının müstəqil siyasətini həzm edə bilməyən dairələrin olduğu bəllidir və Almaniya kimi böyük güc olmağa iddia edən bir ölkənin bu prosesdə alətə çevrildiyi də ortadadır. 

Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı qarşısında susan, bir çox hallarda işğalçı ölkəyə dəstək verən Almaniyanın çirkin kampaniyada əsas rolu informasiya təxribatı olub. 2015-ci ildə Birinci Avropa Oyunları Bakıda keçiriləndə bunun şahidi olduq. Alman mediası bütün fəaliyyətini Azərbaycana qarşı yönəltmiş, ən absurd iddialara qədər hər şeyi tirajlayırdı.

Vətən müharibəsində səssizliyi müşahidə olunan Almaniya Azərbaycanı atəşkəsi pozmaqda ittiham etməsi ilə yadda qaldı. Rəsmi Bakının cavabından sonra susan alman siyasətçilər indi yenidən aktivləşiblər.

Sirr deyil ki, bu ölkə anti-Azərbaycan fəaliyyətlərdə lokomotiv olan oyunçulardan biridir. Azərbaycana qarşı aparılan təhqir və söyüş kampaniyasının mərkəzində məhz Almaniyanın dayanması da bunu sübut edir.

Artıq 4 ilə yaxındır ki, “təhqir müxalifəti” kimi tanınan şəbəkə Almaniyada məskən salıb və proseslərin inkişafı göstərir ki, bu ölkədə söyüş şəbəkəsinə qucaq açan, onları qoruyan və Bakıya qarşı istifadə edən qüvvələr var.

Söyüş şəbəkəsinin üzvlərini Azərbaycan cəmiyyəti yaxşı tanıyır. Ölkədə nənəsindən, dədəsindən küsənlər, yaxud “Avropa xəyalı” ilə alışıb-yananların ilk üz tutduğu ölkə Almaniyadır. Maraqlıdır ki, miqrasiya qanunları sərt olmasına baxmayaraq, Almaniyada belə şəxslərə asanlıqla yaşamaq imkanı yaradılır. Hətta “siyasi mühacir” kimi getməyən soydaşlarımızın qarşısına şərtlərin qoyulduğu haqda da məlumatlar var: ya Azərbaycanı söyəcəksən, ya da deportasiya olunacaqsan. 

Beləliklə, Almaniyada nasist düşüncəli qüvvələr Azərbaycana qarşı radikal qruplar yetişdirir və sosial şəbəkə üzərindən hücumlar təşkil edirlər.

Burada iki məqam maraqlıdır. Birincisi, Avropada sosial şəbəkələrə ən sərt qadağalar qoyan Almaniyanın niyə Azərbaycana qarşı bu şəbəkələr üzərindən edilən mənəvi terrora səssiz qalmasıdır.

No description available.

Bütün beynəlxalq hüquq və informasiya azadlığı üzrə fəaliyyət göstərən təşkilatların etirazına baxmayaraq, 2017-ci ilin 30 iyununda Almaniyada Sosial Media Fəaliyyəti Qanunu (qısa adı NetzDG) qəbul olundu, 2018-ci iin 1 yanvar tarixində qüvvəyə mindi.

Qanuna görə, Facebook, İnstagram, Twitter və Youtube də daxil olmaqla bütün sosial şəbəkə platformalarında alman hökumətinə və məmurlarına qarşı istənilən neqativ fikir “qanunsuz məzmun” xarakteri daşıyır və dərhal silinməlidir. Silinmədiyi təqdirdə, sosial şəbəkə 50 milyon avro cərimə olunacaq. Bununla da Almaniya sosial şəbəkələri senzura tətbiq etməyə məcbur etdi. Almaniya Cinayət Məcəlləsində sosial şəbəkələrin fəaliyyəti ilə bağlı 22 adda maddə yer alır. 

Misal üçün, BMT-nin məruzəçisi David Kaye hesab edir ki, bu, beynəlxalq insan haqları standartlarına ziddir. Onun fikrincə, Almaniya hökuməti ifadə azadlığına qarşı repressiya edir.

Lakin bu alman hökuməti üçün keçərli deyil. Almaniya bu qanunla digər ölkələr üçün də presedent yaratmış oldu. Hərçənd, eyni sosial şəbəkələrdə Azərbaycana qarşı edilən mənəvi terrora səssiz qalır, hətta, söyüş şəbəkəsinə qucaq açır, onları qoruyur və fəaliyyətlərinə şərait yaradır. 

Almaniya bununla Azərbaycana qarşı qərəzli mövqeyini açıq nümayiş etdirməklə yanaşı, həm də başqa ölkənin daxili siyasətinə müdaxilə etmiş olur. 

İkinci məqam isə söyüş şəbəkəsinin bütün qanunları, hətta Almaniyanın sosial şəbəkələrlə bağlı mövcud qanunvericliyini pozmasına rəğmən, bu ölkədə asudə yaşaya və mənəvi terrora davam edə bilməsidir. 

Bu fakt Azərbaycana qarşı mənəvi terrorun arxasında Almaniyadakı nasist düşüncəli şəxslərin və qrupların olduğunu sübut edir.

Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top