Laçınlılar doğma torpaqlarda arıçılığı inkişaf etdirəcəklər — VİDEO

AQRAR-SƏNAYE KOMPLEKSİ 29 mar 2021, 22:22
Laçın rayonunda tarixən arıçılıq ənənələri olub. Çünki, həmin ərazilərdə arıçılıq üçün hər cür şərait var. 

Rayon işğal olunana qədər Laçında 44 min arı ailəsi saxlanılıb. Əhali məcburi köçkün düşən zaman arı ailələrinin bir hissəsi də həmin torpaqlarda qalıb. 

Buna baxmayaraq, laçınlılar 28 il müddətində məskunlarşdıqları ərazilərdə bu ənənəni davam etdiriblər. Dövlət dəstəyi də bu sahənin inkişafına təkan olub. 

Doğma torpaqları azad olunan laçınlılar geri qayıdanda arıçılığı daha da inkişaf etdirib, əvvəlki səviyyəyə çatdıracaqlar. 

Daha ətraflı Baku TV-nin süjetində:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top