Qaxda güclü yanğın — FOTO

HADİSƏ 07 mar 2021, 18:08
Qax rayonunda yanğın başlayıb.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə Şəki-Qax avtomobil yolunun Qaxın ərazisindən keçən hissəsindəki kolluq ərazilərdə baş verib. Hadisə ilə əlaqədar avtomobillərin hərəkətində çətinlik yaranıb. Bununla yanaşı, elektrik və rabitə xətləri də yanıb.

Yanğının baş verən əraziyə Fövqəladə Hallar Nazirliyinin Qax Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən texnikası və 25 nəfər şəxsi heyəti cəlb edilib. Havanın küləkli olması alovun əhatə dairəsini artırıb. Alov təxminən 10 hektar ərazini əhatə edir.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər aparılır.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top