Rəşad Mahmudovdan alimin ölümünə: Tibb tariximizdə ilk…

GÜNDƏM 03 mar 2021, 16:21
Millət vəkili, tanınmış həkim Rəşad Mahmudov tarixçi alim Dilavər Əzimlinin ölümü ilə bağlı açıqlama verib.

Demokrat.az xəbər verir ki, R.Mahmudov D.Əzimlinin xəstəxanada yatdığı iki ay boyunca alimin həyatı üçün tibb heyətinin gecə-gündüz yorulmadan mübarizə apardığını deyib:

“Dilavər Əzimli tibb tariximizdə ən uzun müddətli EKMO cihazında izlənən xəstə oldu, şəxsən özüm bütün işlərimə baxmayaraq, hər gün onlayn qaydada ən az iki dəfə onun vəziyyətini həkimlərlə müzakirə etdim... Amma nəticədə kömək edə bilmədik”.

R.Mahmudov alimin ölümündən çox təəssüfləndiyini və koronavirusa, vaksinasiyaya qarşı antitəbliğatın insanlığa qarşı cinayət olduğunu bildirib.

Qeyd edək ki, tanınmış tarixçi alim Dilavər Əzimli bu gün koronavirusdan dünyasını dəyişib.(axar.az)

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top