ABŞ Navalnı ilə bağlı Rusiyaya sanksiya tətbiq edib — YENİLƏNİB

DÜNYA 02 mar 2021, 22:35
ABŞ-ın Ticarət Nazirliyi sanksiyaya məruz qalan şəxslərin siyahısını açıqlayıb.

Siyahıda beş yüksək ranqlı məmurun adı var. Bunlar Federal Təhlükəsizlik Xidmətinin rəhbəri Aleksandr Bortnikov, Baş prokuror İqor Krasnov, Prezident Aparatının daxili siyasət idarəsinin rəhbəri Andrey Yarin, müdafiə nazirinin müavinləri Aleksey Krivoruçko və Pavel Popovdur.

Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub.

19:25
ABŞ-ın Ticarət Nazirliyi Aleksey Navalnı işinə görə 14 təşkilatın adını “qara siyahı”ya salıb.


“RİA Novosti” xəbər verir ki, bu barədə Bayden administrasiyasının rəsmi nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, həmin təşkilatlartdan biri dövlət, 13-ü isə özəl kommersiya qurumu olmaqla, doqquzu Rusiya, üçü Almaniya, biri isə İsveçrəyə məxsusdur.

“Bundan sonra adıçəkilən şirkətlərlə bağlı istənilən məhsulun ixracı və ya təkrar ixracı ABŞ-ın sanksiyalarının təsirinə məruz qalacaq. Daha dəqiq desək, onlara ixrac lisenziyası verilməyəcək”, - deyə hökumət rəsmisi bildirib.

Bununla yanaşı, yeddi Rusiya məmuruna qarşı da sanksiya tətbiq olunub. Onların ABŞ-da yerləşən əmlakına həbs qoyulub./Oxu.az


 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top