Çingiz Qənizadə: “YAP-a yeni nəfəslər, çalışmaq əzmi olanlar gətirilməlidir”

GÜNDƏM 02 mar 2021, 13:16
“Öz imiclərini ləkələyənlərin Yeni Azərbaycan Partiyasında yüksək vəzifə tutmaları partiyanın imicinə də xələl gətirirsə, həmin şəxslər kənarlaşdırılmalıdır”.

Bunu Pravda.az-a açıqlamasında hakim partiyaya yeni üzv olan, Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə deyib.

O bildirib ki, partiyadan uzaqlaşdırılma mövzusunda yaş məsələsini qabartmaq düzgün deyil. “Amma artıq partiyada aktiv fəaliyyət göstərə bilməyənlər, öz imicini ləkələyənlərin YAP-da yüksək vəzifə tutmaları partiyanın imicinə xələl gətirirsə, həmin şəxslər, təbii ki, kənarlaşdırılmalıdır. Ümumiyyətlə, YAP-a yeni nəfəslər - çalışmaq əzmi olan, cəmiyyətdə nüfuz sahibi, az-çox söz sahibliyinə malik olan, 5-10 nəfəri toplayıb qarşılarında çıxış etmək imkanı olan insanlar gətirilməlidir. Bu baxımdan hesab edirəm ki, YAP-ın keçiriləcək növbəti qurultayında, yəqin ki, bu məsələlərə diqqət yetiriləcək.

Ç.Qənizadə YAP-da ona vəzifə veriləcəyi ilə bağlı fikirlərə də münasibət bildirib: “Bununla bağlı heç bir məlumatım yoxdur. Bildiyiniz kimi, YAP-ın üzvüyəm, ölkənin ictima-siyasi həyatında olan bir şəxsəm, yəni partiya rəhbərliyi nəsə nəzərdə tutacaqsa, bu başqa məsələ. Amma təkrar edirəm, bu məsələ ilə bağlı heç nə eşitməmişəm”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top