Bakıda yalan məlumat yayan üç qadına cinayət işi açıldı

KRİMİNAL 02 mar 2021, 10:49
Bakıda hüquq-mühafizə orqanlarına yalan məlumat verməkdə ittiham olunan üç qadına qarşı cinayət işi açılıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar Zülfiyyə Əkbərova, Yeganə Hüseynova və Sevinc Şahmirzəyevadır.

Istintaq orqanı tərəfindən hər üç qadının barəsində Cinayət Məcəlləsinin 297.1-ci (məhkəmədə və ya ibtidai istintaqda şahid, zərərçəkmiş şəxs tərəfindən yalan ifadə vermə və ya ekspert tərəfindən bilə-bilə yalan rəy vermə, habelə tərcüməçi tərəfindən bilə-bilə yanlış tərcümə etmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xətai rayon Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Fuad Axundovun icraatına verilib.

Yaxın günlərdə məhkəmə başlanacaq.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top