Prezident Qarabağdakı aeroportun istifadəyə veriləcəyi vaxtı açıqladı

QARABAĞ 26 fev 2021, 12:24
“Füzulidə aeroport tikintisi başlayıb. İlk öncə minatəmizləmə prosesinə başladıq”.

Demokrat.az xəbər verir ki, bunu Prezident İlham Əliyev bu gün keçirdiyi mətbuat konfransında “TACC” Agentliyinin jurnalistinin “Qarabağda inşa etdiyiniz aeroport beynəlxalq olacaqmı?” sualına cavabında deyib.

Dövlət başçısı qeyd edib ki, bu proses artıq başa çatır:

“Yaxın zamanda aeroport istifadəyə veriləcək. Bu, beynəlxalq aeroport olacaq. Uçuş xətti hər növ təyyarələri qəbul edə biləcək. Aeroport həm yüklərin daşınması üçün, həm də turistlərin Şuşaya səfəri üçün istifadə ediləcək.

Tikinti prosesini tezləşdirmək çətindir, çünki minalardan təmizlənməyə dair məsələlər var. Ancaq biz aeroportu payızın əvvəlində istifadəyə buraxmağı planlaşdırırıq”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top