Xaçmazda 27 yaşlı şəxs itkin düşdü — FOTO


HADİSƏ 25 fev 2021, 17:36
Xaçmaz sakini bir aydır itkin düşüb.

Bu barədə Oxu.Az-a onun yaxınları məlumat verib. Bildirilib ki, Xaçmaz rayon sakini 1994-cü il təvəllüdlü Əlislamov Vasif Nazim oğlu yanvarın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Ailəsinin sözlərinə görə, onun psixoloji problemləri olub.

Faktla bağlı DİN-in Mətbuat Xidmətinin Quba rayonunda regional qrupunun baş inspektoru, polis baş leytenantı Nizam Həmidov Oxu.Az-a açıqlamasında bildirib ki, sözügedən şəxsin itkin düşməsi barədə ailəsi tərəfindən Xaçmaz Rayon Polis Şöbəsinə ərizə ilə müraciət daxil olub:

“Daxil olan məlumat əsasında axtarışlara başlanılıb və tədbirlər davam etdirilir”. 



Demokrat.az

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top