Ərdoğan: "Kipr adasında federal deyil, iki dövlət olmalıdır"


DÜNYA 10 fev 2021, 15:00
“Kipr məsələsi Türkiyə və Kipr xalqlarının ortaq mübarizəsidir”.

Demokrat.az xəbər verir ki, bunu Türkiyə Prezidenti, Ədalət və İnkişaf Partiyasının (AKP) sədri Rəcəb Tayyib Ərdoğan partiyasının parlament fraksiyasının genişləndirilmiş toplantısında deyib.

“1960-cı illərdə Kipr türklərinə muxtariyyət hüququnu bunlar tanımırdı. “Mən bu məsələnin həllinə yardım etməyə 4 dəfə girişdim. Bacarmadım. İndi də uğur əldə etməməyim mümkündür”, - bunu BMT-nin keçmiş baş katibi Koffi Annan mənə demişdi. Mən ona dedim ki, qarant ölkə olaraq Türkiyə tərəfindən mənfi heç bir iş görməyəcəksiniz. “Yaxşı” deyib fəaliyyətə başladı. Annana söz verdim ki, bu işi başa çatdırmadan ayrılmayacağıq. Referendum keçirdik. Türk tərəfi olaraq soydaşlarımızın 75 faizi yunanlarla birlikdə adada federal dövlətin qurulmasına razılıq verdi. Yunanların isə 65 faizi bu ideyanın əleyhinə səs verdilər. Bütün bunlara baxmayaraq, Kiprin yunan hissəsi Avropa İttifaqına üzv qəbul olundu, Kiprin türk hissəsi isə yox”, - Türkiyə prezidenti bildirib.

Rəcəb Tayyib Ərdoğan Kipr məsələsinin həllindən danışarkən adada federal dövlətin yaranmasının mümkünsüzlüyünü vurğulayıb: “Kipr türkünü yox sayanların davranışında bir dəyişikliyin olmadığını görürük. İstər qəbul etsinlər, istər etməsinlər, artıq məsələnin 2 dövlətli həllindən başqa çıxış yolu yoxdur”.

O, yaxın günlərdə Şimali Kirp Türk Respublikasına səfər edəcəyini də bildirib.(report.az)

Loading...

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top